ATİAHİ Oğuz Rayon Komitəsinin konfransı keçirildi.
06 aprel 2017-ci il tarixdə ATİAHİ Oğuz Rayon Komitəsinin hesabat seçki konfransı keçirilmişdir. Konfransda 59 nəfər nümayəndə iştirak etmiş, 2 nəfər nümayəndə üzürlü səbəbdən konfransın işinə qatlmamışdır. Konfrans iştiraklçıları əvvəllər təhsil sistemində işləyib dünyasını dəyişən ittifaq üzvlərinin xatirəsini bir dəqiqəllik sükütla yad etdilər.
ƏtraflıC.Cabbarlının yaradılığı ilə bağlı mütaliə aylığnın keçirilməsinə start verildi.
Rayonun ümumtəhsil məktəblərində XX əsr Azərbaycan ədəbiyyatının,mədəniyyətinin,incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, tərcüməçi, jurnalist Cəfər Qafar oğlu Cabbarlının ədəbi irsi ilə bağlı 2016-cı ilin noyabr ayında “Mütaliyə aylığı”nın keçirilməsi nəzərdə tutulmuşdur.
Məktəbdənkənar fəaliyyətin istiqamətləri
Məktəbdənkənar fəaliyyətin istiqamətləri təhsil müəssisələrində məktəbdənkənar təhsil siyasətinin formalaşdırılmasında iştirak etmək, təhsil müəssisələrində məktəbdənkənar təhsilin istiqamətləri üzrə işləri tənzimləmək, təhsil müəssisələrində tərbiyə işinin təşkilinə və məktəbdənkənar təhsil sahəsinə dair mövcud qanunvericiliyin yerinə yetirilməsinə ümumi rəhbərliyi həyata keçirməkdir.
Başlıca vəzifə isə məktəbdənkənar təhsilin prioritet istiqamətlərinin formalaşdırılması və bu istiqamət üzrə müvafiq zəruri tədbirlərin həyata keçirilməsi, uşaq, yeniyetmə və gənclərin maraq, meyl və bacarıqlarının müəyyənləşdirilməsi və оnların yaradıcılıqlarının, asudə vaxtlarının təşkili, şagirdlərin tərbiyəsi, onların zərərli vərdişlərdən qorunması ilə bağlı maarifləndirmə mexanizmlərinin təşkil edilməsi və daim təkmilləşdirilməsindən ibarətdir.