1930-cu ildə Müstəqil Oğuz (Vartaşen) inzibati rayonunun yaradılması ilə əlaqədar həmin ildə Rayon Xalq Maarif Şöbəsi yaradılmışdır. Hazırda Oğuz rayon Təhsil Şöbəsinin tabeçiliyində 28 tam orta, 4 ümumi orta, 2 ibtidai məktəb, 2 məktəbdənkənar tərbiyə müəssəsi vardır. 16 Sentyabr 2019-cu il tarixə 410 sinif komplektində 6214 nəfər şagird icbari təhsilə cəlb edilmişdir. Hazırda 985 müəllim gənc nəsilin təlim-tərbiyyəsi prosesi ilə məşğul olur. 34 qrupda 485 uşaq hazırlığa cəlb edilib.  Məktəbdənkənar tərbiyə müəssisələrində 1200 nəfər məktəblinin ictimai tərbiəsi ilə 75 nəfər dərnək rəhbəri, məşqçi müəllim məşğul olur.