02.08.2017

Cəlilov İsmayıl Loğman oğlunun arzusu neftçi olmaqdır.  631 bal.

 2006-2017-ci illərdə Tərkəş kənd tam orta məktəbində təhsil almış və həmin məktəbi 2017-ci ildə əla qiymətlərlə başa vurmuşdur. 2017-ci ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 631 bal toplamışdır.

Ətraflı
02.08.2017

Musayeva Çinarə  Rəhim qızı qəbul imtahanlarında 638 ballıq nəticə göstərdi.

​M.F.Axundov adına Xaçmaz kənd tam orta məktəbin məzunu Musayeva Çinarə Rəhim qızı 2017-ci ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 638 bal toplamışdır

Ətraflı
01.08.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edib

Avqustun 1-də təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Ətraflı
01.08.2017

Ümidləri doğruldan  məzun- Töhfə Soltanova.

Soltanova Töhfə Niyazi qızı 2000-ci ildə Oğuz şəhərində anadan olmuşdur. O, 2006-2017- ci illərdə Oğuz şəhər 3 saylı məktəb-liseydə təhsil almış və cari tədris ilndə həmin məktəbin Xİ sinfini əla qiymətlərlə bitirmişdir.2017-ci ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanlarınfda 641 bal toplamışdır.
 

Ətraflı
01.08.2017

 Fidan Məhərrəmli  qəbul imtahanlarında 637 ballıq nəticə göstərmiişdir. Təbrik edirik!

Məhərrəmli Fidan Saleh qızı 2000-ci ildə Oğuz şəhərində anadan olmuşdur. O, 2017-ci ildə DİM tərəfindən keçirilən qəbul imtahanlarında 637 ballıq nəticə göstərmişdir. Fidan Məhərrəmli III ixtisas qrupunda seçim etməklə təhsilini xarici dillər,tərcüməçilik sahəsində davam etdirmək fikrindədir. Ən yüksək nəticə qazandığına görə Fidan Məhərrəmlini təbrik edir və gələcək işlərində ona uğurlar diləyirik.

Ətraflı
31.07.2017

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edib

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edib.

Ətraflı
31.07.2017

 İdrisli Mikayıl Ağabala oğlu, qəbul imtahanlarında  642 bal, fərqlənmə attestanın sahibi.

2017-ci ildə orta məktəbi uğurla başa vurub, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarımızdan biri də rayonun A.Əhmədov adına Muxas kənd tam orta məktəbini cari tədris ilində əla qiymətlərlə başa vuran, qəbul imtahanlarında  642 ballıq nəticə göstərmiş və fərqlənmə attestatına layiq görülmüş İdrisli Mikayıl Ağabala oğludur

Ətraflı
31.07.2017

Aşurova  Şəhla Elşad qızı  ümidi doğrultdu, qəbul imtanlarında 647 bal  topladı.

2017-ci ildə ali məktəblərdə qəbul imtahanlarında yüksək nailiyyət qazanmış məzunlardan biri də Aşurova Şəhla Elşad qızıdır.

Fənn müsabiqələrində, fənn olimpiadaların yarımfinal (zona) mərhələlərində iştirak etmişdir. Şəhla Aşurova 2017-ci ildə Azərbaycan Respublikası DİM tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında 647 bal toplamışdır. Şəhla Aşurovanın arzusu cəmiyyətimizə, millətimizə layiq bir ziyalı kimi yetişmək, dil və tərcümə sahəsində gücünü sınamaqdır.

Uğurlar diləyirik.

Ətraflı
28.07.2017

 M.F.Axundov adına Xaçmaz kənd  1№-li  tam orta məktəbin məzunu Siyahzadə Aytac Rəşad qızı-674 bal.

  Oğuz rayonunun M.F.Axundov adına  Xaçmaz kənd 1№-li tam orta məktəbin məzunu  olan Aytac Siyahzadə məktəbin ictimai işlərində  fəal iştirak etmiş, bilik yarışlarının, fənn gecələrinin, oxucu,elmi- praktik, elmi-nəzəri konfransların, dəyirmi masaların və digər mədəni kütləvi tədbirlərin təşkilində yaxından iştirak etmişdr.2017-ci ilin ali məktəblərə qəbul imtahanlarında  674 bal toplamışdır.

27.07.2017

Xəlilov Elgün Cəsarət oğlu qəbul imtahanlarında ən uğurlu nəticə qazanmışdır.

2017-ci ilin ali məktəblərə  qəbul imtahanlarında ən yüksək nəticə qazanan məzunlardan biri də Ə. Nəbiyev adına Tərkəş kənd tam orta məktəbin yetirməsi Xəlilov Elgün Cəsarət oğludur. O, 662 ballıq nəticə göstərmişdir.

27.07.2017

2017-ci ildə rayon üzrə ən yüksək nəticə.Təbrik edirik!

Əskərov Orxan Elman oğlu, Oğuz şəhər 3 №-li məktəb-liseyin məzunu Azərbaycan Respublikası DİM tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında 688 bal toplamışdır.

27.07.2017

Ən uğurlu nəticələrdən biri.

 Oğuz şəhər 3№ li məktəb-liseyin məzunu Ənsərli Nərmin Akif qızı Azərbaycan Respublikası DİM tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında 675 ballıq nəticə göstərmişdir.

26.07.2017

  600 baldan yüksək  nəticə qazanmış məzunlarla görüş keçirildi

  26 iyul 2017-ci il tarixdə  Oğuz Rayon Təhsil Şöbəsində  2017-ci ilin  qəbul imtahanlarında 600 baldan yüksək  nəticə qazanmış məzunlarla görüş keçirildi.

Ətraflı
25.07.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. 

Ətraflı
24.07.2017

Bayramınız mübarək dostlar.

 22 iyul Milli Mətbuat Günüdür. Bayramınız mübarək dostlar.

Ətraflı