12.11.2016

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 240 şagird yerlik Beyləqan şəhər 8 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.

Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət bu istiqamətdə tamamilə yeni və keyfiyyətli mərhələnin başlanması ilə nəticələnib.

Ətraflı
10.11.2016

 Ümumtəhsil məktəblərinin hazırlıq siniflərinin müəllimləri üçün açıq dərs.

08 noyabr 2016-cı il tarixdə  Oğuz Rayon Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq E.Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbin hazırlıq sinfində həmin məktəbin ibtidai sinif müəllimi N.Rəsulovanın ətraf aləmlə tanışlıq fənnindən “Azərbaycan vətənimdir” mövzusunda açıq dərsi keçirilmişdir. 

10.11.2016

Ümumtəhsil məktəblərinin IX siniflərində təmayül sininiflərinin açılması ilə əlaqədar valideyn iclasları keçirilir.

08 noyabr 2016-cı il tarixdə rayonun Ə.Abdulhüseynov adına Sincan kənd tam orta və Ə.Nəbiyev adına Tərkeş kənd tam orta məktəblərində 2016-2017-ci dərs ilindən  rayonun ümumtəhsil məktəblərində  tam orta təhsil pilləsində məktəblərin X siniflərində təmayül siniflərinin açılması ilə əlaqədar  adları çəkilən  təhsil müəssisələrinin IX siniflərində sinif valideyn iclasları keçirilmişdir.

10.11.2016

 Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirildi.

08 noyabr 2016-cı il tarixdə Oğuz şərindəki Dövlət Bayrağı meydanında  9 noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

04.11.2016

“Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.

Noyabrın 3-də Oğuz Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon Təhsil şöbəsi və Oğuz Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Oğuz şəhər 1 saylı orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilmişdir.

03.11.2016

Təmayül siniflərinin təşkili ilə bağlı seminar müşavirə keçirildi

 “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, Milli Təhsil Strategiyasının tələblərindən irəli gələn vəzifələri yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göstərişinə uyğun olaraq 03 noyabr 2016-cı il tarixdə Oğuz Rayon Təhsil Şöbəsində ümumtəhsil məktəblərinin rəhbərlərinin iştirakı ilə 2017-2018-ci dərs ilindən etibarən, Oğuz rayonunun ümumtəhsil məktəblərinin 9-cu siniflərinin bazası əsasında təmayül siniflərinin açılması  ilə  əlaqədar seminar-müşavirə keçirilmişdir.

02.11.2016

Balakən şəhərində keçirilən zona şahmat birinciliyində.

Oğuz Rayon Uşaq Şahmat Məktəbinin direktoru N.Hüseyninin rəhbərliyi altında zona yarışlarında rayonumuzu  12 nəfər  gənc şahmatçı təmsil etmiş,üç nəfər gənc şahmatçı  mükafatalayıq yer tutmuşdur.

01.11.2016

Cəfər Cabbarlının yaradıcılığı ilə əlaqədar  "Mütaliə aylığı"nın keçirilməsinə start verildi.

Rayonun ümumtəhsil məktəblərində XX əsr Azərbaycan ədəbiyyatının,mədəniyyətinin,incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, tərcüməçi, jurnalist Cəfər Qafar oğlu Cabbarlının ədəbi irsi ilə bağlı 2016-cı ilin noyabr ayında “Mütaliyə aylığı”nın keçirilməsi nəzərdə tutulmuşdur

27.10.2016

Rayon Təhsil Şöbəsinin şura iclası keçirilmişdir

Oğuz Rayon Təhsil Şöbəsinin 27 oktyabr 2016-cı il tarixdə təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə geniş şura iclası keçirilmişdir. Şura iclasına  rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov sədrlik etmişdir.

26.10.2016

 "Sağlam həyat naminə" mövzusunda tədbir keçirildi

25 oktyabr 2016-cı il tarixdə rayonun Bucaq kənd tam orta məktəbində "Sağlam həyat naminə" mövzusunda tədbir keşirilmişdir.  Tədbiri məktəbin direktoru S. Rüstəmova açmışdır. Məktəblilərin ifasında talassemiya xəstəliyinin profilaktikasına həsr edilmiş ədəbi-bədii kompozisiya göstərilmişdir. Oğuz Rayon MRX-nın həkimi Ş.Tahirli  və Bucaq kənd həkim məntəqəsinin müdiri B.Hümbətov tədbirdə çıxış etmişdir.

25.10.2016

 Rayonun təhsil müəssisələrində "Uşaq hüquqları aylığı"nın keçirilməsi barədə.

Rayonun təhsil müəssisələrində "Uşaq Hüquqları aylığı" keçirilir.

20.10.2016

  Rəhimli Kəmalə Mehman qızına  Təhsil Nazirliyinin Sertifikatı təqdim olundu.

2015-2016-cı tədris ilində  tarix fənni üzrə fənn olimpiadalarında fəal iştiakına görə İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbin X sinif şagirdi Rəhimli Kəmalə Mehman qızına Azərbaycan Respublikası Təhsil Nazirliyinin Sertifikatı təqdim olundu.

20.10.2016

 “ Sağlam həyat-sağlam nəsil“ mövzusunda dəyirmi masa keçirildi.

Sizə xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin 10 fevral  2015-ci il tarixli, 1044 №-li sərəncamı ilə  “Talassemiya ilə  mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət  Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.09.2016-cı il tarixli, 02-14-6878/16 №-li   məktubunda Dövlət Proqramının 57.3-cü maddəsinə əsasən  səhiyyə orqanları ilə birgə ümumtəhsil məktəblərinin şagirdləri və təhsil işçiləri arasında talassemiya xəstəliyinin profilaktikası ilə əlaqədar geniş maarifləndirici  tədbirlərin həyata keçirilməsi təhsil orqanlarına tapısırılmışdır.

18.10.2016

 17 oktyabr 2016-cı il tarixdə müstəqillik günü ilə bağlı rəsm sərgisi keçirilmişdir

 17 oktyabr 2016-cı il tarixdə Oğuz Rayon Uşaq Yaradıcılıq  Mərkəzində Azərbaycanın dövlət müstəqilliyinin  bərpa edilməsinin 25-ci ildünümü ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilmişdir. Sərgiyə  52 iş təqdim olunmuşdur.

18.10.2016

“Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

 17 oktyabr 2016-cı il tarixdə Oğuz Rayon Təhsil Şöbəsinin akt zalında "Müasir Azərbaycan Respublikası      "Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Çümhuriyyətinin hüquqi varisidir" mövzusunnda elmi-praktik konfrans keçirilmişdir. Ümumtəhsil məktəblərinin müəllimləri, şagirdləri,Oğuz Rayon Təhsil Şöbəsinin idarəetmə  aparatının məsul əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri  konfransda iştirak etmişdir.Tədbir Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü gününə həsr edilmiş video-çarxın nümayişi ilə başlanmışdir.