28.12.2016

 Riyyaziyyat müəllimləri ilə seminar- müşavirə keçirildi

2017-ci ilin ümumi orta təhsil pilləsininin IX siniflərində buraxılış imtahanlarının keçirilməsi ilə əlaqədar  Rayon Təhsil Şöbəsinin akt  zalında ümumtəhsil məktəblərinin IX siniflərində dərs deyən riyaziyyat müəllimləri ilə seminar müşavirə keçirilmişdir.

28.12.2016

Məktəblilərin şahmat turnirində

27 dekabr 2016 cı il tarixdə Oğuz Rayon Uşaq Gənclər Şahmat  məktəbində  ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə  Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş şahmat turniri keçirilmişdir.

20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
12.12.2016

 Oğuz məktəblərinin şagirdləri və müəllimləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad etdilər.

12 dekabr 2016-cı il tarixdə Oğuz şəhərindəki ümumtəsil məktəblərinin şagirdləri və müəllimləri ümummilli lider Heydər Əliyevin anım günündə onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
09.12.2016

 "Heydər Əliyev irsi" mövzusunda inşa 

  07 dekabr 2016-cı il tarixdə Oğuz şəhər 2 №-li tam orta məktəbdə Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən "Heydər Əliyev irsi" mövzusunda  inşa yazı müsabiqəsi keçirilmişdir.

09.12.2016

"Cəfər Cabbarlının sənət dünyası" mövzusunda tədbir keşirildı.

07 dekabr 2016-cı il tarixdə Tale Babayev adına Yaqublu kənd tam orta məktəbində böyük Azərbaycan yazıçısı “C. Cabbarlının sənət dünyası” devizi ilə keçirilmiş mütaliə aylığının yekun tədbiri olmuşdur.

09.12.2016

 Mütaliə aylığının müsabiqə mərhələsi keçirildı.

Rayon Təhsil Şöbəsinin müvafiq əmrinə əsasən  tabeçilkdə olan ümumtəhsil məktəblərində XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, tərcüməçi, jurnalist Cəfər Qafar oğlu Cabbarlının ədəbi irsi ilə əlaqədar  2016-cı ilin oktyabr-noyabr aylarında “Mütaliyə aylığı” keçirilmişdir. 

07.12.2016

Kürdəmirdə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılır

Dekabrın 8-də Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Diaqnostik qiymətləndirmə üç gün davam edəcək və 7000 nəfərdən çox müəllim imtahanlarda iştirak edəcək.

Ətraflı
05.12.2016

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

8-10 dekabr 2016-cı il tarixlərində Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

Ətraflı
02.12.2016

7500-ə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçirilir

Dekabrın 2-də Göygöldə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinə başlanılıb. Şəmkir, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də Göygöldə imtahan verəcək.

Ətraflı