23.03.2019

Oğuz məktəbliləri ölkəmizin Şimal- Qərb bölgəsinə turaksiyaya  yola salınıb

Oğuz rayonunun ümumtəhsil məktəblərində oxuyan,xüsusi istedadı və qabiliyyəti ilə seçilən 40 nəfər məktəbli Oğuz Rayon İcra Hakimiyyətinin  məsul nümayəndəsi Nicat Kərimovun rəhbərliyi altənda  2 müəllimin və 2 tibb işçisinin müşaiyəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının göstərişinə əsasən "Ölkəmizi tanıyaq" devizi altında keçirilən turaksiyada iştirak etmək üçün 23 mart 2019-cu il tarixdə saat 9-00-da respublkikamızın Şimal-Qərb bölgəsinə (Gəncə,Naftalan şəhərləri, Akstafa, Tovuz,Şəmkir,Göygöl və Qazax rayonları) yola düşüb. Turaksiya iştirakçıları səfər müddətində Simal-Qərb bölgəsinin tarixi yerləri,maddi-mədəniyyət abidələri ilə tanış olacaq.Turaksiya iştirakcıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyub.

Turaksiya öncəsi məktəblilər Oğuz Rayon İcra Hakimiyyətində qəbul edilib. Oğuz Rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Yusif Naxşıvanski turaksiyanın mahiyyəti, məqsədləri barədə ətraflı məlumat vermiş,məktəblilərə uğurlu səfər diləyib. Yola salşnma mərasimində çıxış edən  Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov turaksiyanın yüksək səviyyədə keçirilməsi  ilə əlaqədar  məktəblilərə müvafiq tövsiyə və tapışrıqlarını verib.

Turaksiyanın yola salınma  mərasimində YAP Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov iştirak edib.
 


Açar sözlər: ,