18.03.2019

Ustad dərslər keçirilib

        Fənn olimpiadalarının yüksək səviyyədə hazırlanıb keçirilməsinin təmin edilməsi məqsədilə Oğuz Rayon Təhsil Şöbəsi üzrə verilmiş müvafiq əmrə uyğun olaraq rayonun ümumtəhsil məktəblərində xüsusi işçi qrupları yaradılıb və onların işinin koordinasiya edilməsi istiqamətində lazımı qədər iş görülüb.
        Məlumat verildiyi kimi 03 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tapşırığına əsasən fənn olimpiadalarının I yarımfinal (rayon) mərhələsi keçirilib və bu mərhələdə rayonun 32 ümumtəhsil məktəbindən 439 nəfər şagird olimpiadanın ikinci ( zona ) mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Olimpiada materialları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yoxlanılaraq və nəticələri elan edilib. Rayonun ümumtəhsil məktəblərinin 55 nəfər istedadlı şagirdi fənn olimpiadalarının Şəki şəhərində keçiriləcək ikinci( zona ) mərhələsində iştirak edəcək. 
        Rayon Təhsil Şöbəsi ikinci yarımfinal (zona) mərhələsinə düşən istedadalı uşaqlarla sistemli iş aparılması məqsədilə ayrı-ayrı fənlər üzrə rayonun ən qabaqcıl müəllimlərinin ustad dərslərini təşkil edib. Belə ustad dərslərdən birini ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən “ İlin peşəkar gənci” müsabiqəsinin qalibi, təlim-tərbiyə prosesinin təşkili sahəsində əldə etdiyi naiiliyyətlərə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülmış, son 3 ildə yetirmələri fənn olimpiadalarının final mərhələsində mükafatalayiq yerlər tutmuş, M.F.Axundov adına Xaçmaz kənd tam orta məktəbinin coğrafiya müəllimi Samir Cəbrayılov tərəfindən təşkil edilib. Dərs iştirakşıların fəallığı, qarşılığqlı şagird-müəllim əməkdaşlkığı şəraitində keçib.
        Görüntüləri sizə təqdim edirik.