18.03.2019

"Ən yaxşı təqdimat müsabiqəsi"nin rayon mərhələsinə yekun vurulub. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmri əsasında Oğuz Rayon Təhsil Şöbəsinin 07 fevral 2019-cu il tarixli 17 nömrəli əmrinə uyğun olaraq Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Ümumilli lider Heydər Əliyev – şərəfli ömrün salnaməsi” mövzusunda rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib. Təhsil Nazirliyinin tövsiyə etdiyi mövzulara uyğun olaraq cari ilin fevral-mart aylarında müsabiqənin məktəb mərhələsi təşkil edilib. Məktəb mərhələsinin qalibi hesab edilmiş 24 nəfər şagird müsabiqənin 15-18 mart 2019-cu il tarixlərdə keçirilən rayon mərhələsində iştirak edib. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimovun sədrliyi ilə keçirilən Təşkilat Komitəsinin iclasında hər bir istedadlı şagirdin təqdimatı diqqətlə dinlənilib. Müsabiqənin rayon mərhələsinin nəticələrinə uyğun olaraq 7 nəfər istedadlı şagird II mərhələdə iştirak hüququ qazanıb. II mərhələdə qalib gəlmiş 1 nəfər şagirdin respublika mərhələsində rayonumuzu təmsil etməsi nəzərdə tutulub.


Açar sözlər: