15.01.2019

İdmanın voleybol növü üzrə qızlar arasında rayon birinciliyi keçiirilib

         Oğuz Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq   rayonun ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 29-cu ildönümünə həsr edilən müxtəlif səpgidə  tədbirlər  təşkil olunub.  Yanvar ayının 14-15 –də  Emin Abdullayev adına Oğuz şəhər 2 nömrəli tam  orta məktəbin  idman bazasında rayonun ümumtəhsil məktəblərinin qızlardan ibarət 12  komandası  arasında  idmanın voleybol növü üzrə rayon birinciliyi keçirilib.  Turnir  Oğuz Rayon Uşaq Gənclər İdman və Şahmat Məktəbinin direktoru  Nizami Hüseyni tərəfindən açıq elan edilib. Oğuz Rayon Təhsil Şöbəsi müdirinin müavini Nəsimi Adıyev,  Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov   tədbirin aşılış mərasimində çıxış edərək idmançılara  uğurlar diləyib.Gərgin keçən idman  mübarizəsində rayonun  H.Babayev adina 1 saylı  tam orta məktəbinin qızlardan ibarət komandası   I yerə, Bayan kənd tam orta məktəbinin qızlardan ibarət komandası II yerə,Calud kənd tam orta və Oguz səhər 3 saylı məktəb-liseyin  qızlardan ibarət komandası III yerə çıxaraq Oğuz Rayon Təhsil Şöbəsinin, Oğuz Rayon Gənclər və İdman idarəsinin birgə diplomlarına layıq görülüb.

             Qanlı Yanvar faciəsinin 29-cu ildönümünə həsr edilən tədbirlər davam edir.