30.10.2018

“Məktəbdə bir gün” layihəsi çərçivəsində  Xalxal kənd tam orta məktəbində monitorinq aparılıb.

       Oğuz Rayon Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq Elçin Kərimovun rəhbərliyi altında  oktyabr ayının 30-da “Məktəbdə bir gün” layihəsi çərçivəsində Təhsil Şöbəsinin əməkdaşları gün ərzində rayonun  Yaşar  Şəfiyev adına Xalxal kənd tam orta məktəbində təlim-tərbiyə prosesinin təşkili, planlaşdırılması,  idarə olunması, nəzərdə tutulan məsələlərin  həyata keçirilməsi, keyfiyyət ilinin davam etməsi ilə əlaqədar məktəbdə həyata keçirilən  tədbirlər, məktəbdaxili nəzarətin həyata keçirilməsi, açıq dərslərin təşkili, müxtəlif təhsil pillələrində  Milli Təhsil Konsepsiyasının  (Milli Kurikulumun)  həyata keçirilməsi, kitab fondunun qorunması, kitab dövriyyəsinin   yaxşılaşdırılması, mədəni- kütləvi tədbirlərin təşkili və  tarixi günlərin qeyd edilməsi, dərs dinləmələri, metodiki   işin təşkili vəziyyəti, müəllimlərin və şagirdlərin dərs məşğələlərinə hazırlıq səviyyəsi, böyük və kiçik summativ qiymətləndirmələrin aparılması, məktəbdə kargüzarlıq işinin təşkili və  məktəbşünaslıq işinin digər sahələri  araşdırılmış, aşkar edilən nöqsanların səbəbləri təhlil edilmiş,  onların aradan qaldırılması məqsədilə  aid rəhbər işçilərə və  ixtisas müəllimlərinə lazımı metodiki və əməli köməklik göstərilib.             

          Monitorinq zamanı aşkar edilən nöqsan və çatışmazlıqların aradan qaldırılması və Oğuz Rayon Təhsil Şöbəsinə rəsmi arayış təqdim olunması  ilə əlaqədar məktəb rəhbərlərinə, müvafiq tapşırıqlar və vaxt verillib.
          Oğuz Rayon Təhsil Şöbəsinin fəaliyyət planına uyğun olaraq “Məktəbdə bir gün” layihəsi çərçivəsində təşkilati işlər davam edir və onun  gedişi barədə vaxtaşırı məlumat veriləcək.

 


Açar sözlər: ,