29.10.2018

“Uşaqları dini fanatizim və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Oktyabr ayının  29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki  bölgəsi üzrə şöbəsinin, Oğuz Rayon Təhsil Şöbəsinin  və Oguz rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Həbib Babayev adına Oğuz şəhər 1 nömrəli tam orta məktəbdə  “Uşaqları dini fanatizim və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.  Tədbirdə DQİDK – nin Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov, Oğuz rayonu Təhsil Şöbəsinin  məsul  əməkdaşı Emin Əzimli, Oğuz Rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, sözügedən məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin tərbiyə işləri üzrə direktor müavini Arif Quliyev bu kimi tədbirlərin məktəblərdə keçirilməsinin əhəmiyyətindən danışıb.

  Təhsil şöbəsinin nümayəndəsi Emin Əzimli dinlərin yaranma və inkişaf tarixindən söz açaraq heç bir səmavi dinin təməl pirinsiplərində radikalizmin olmadıgını qeyd edib və fanatizmin, radikalizmin yaranma səbəbləri, onun cəmiyyətə, insanlara ziyanından, bu təhlükəli meyllərə qarşı aparılmalı olan tədbirlər üzərində dayanıb “Dini etiqad azadlığı  haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələrərə, habelə dövlət-din, din və təhsil  münasibətlərinə aydınlıq gətirib.

         Daha sonra çıxış edən DQİDK nın Şəki bölgəsi üzrə məsləhətçisi Samir Salehov dini radikalizmin tarixindən, yaranma səbəblərindən, onunla mübarizə metodları haqqında geniş məlumat verib və qeyd edib ki harada olmağımızdan asılı olmayaraq hər birimiz bəşəriyyət üçün təhlükə sayılan zorakılığı, radikalizmi qınamalı, zorakılığın şiddət olduğunu unutmayaraq ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməliyik.

         Oğuz rayonu Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov radikalizmə qarşı ideoloji mubarizə aparılmalı olduğunu və bu sahədə hər bir Azərbaycan gəncinin rol almalı olduğunu çıxış.nda  xüsusilə vurğulayıb.

Cıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıransuallara aydınlıq gətirilib.


Açar sözlər: