17.10.2018

Uşaqların icbarı tibbi müayinədən keçirilməsinə başlanılıb

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2018-2022-ci iilərdə əhalinin dispanserləşdirilməsinin  həyata keçirilməsinə dair müvafiq  sərəncamına uyğun olaraq  payız-qış mövsümünün  başlanmasınana hazırlıq və uşaqların infeksion xəstəliklərə yoluxmasının qarşısının alnması və profilaktikasının  təmin edilməsi məqsədilə  Oğuz Rayon Mərkəzi Xəstəxanasının və Oğuz Rayon Təhsil Şöbəsinin birgə Tədbirlər Planına uyğun olaraq  rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin və məktəbəqədər tərbiyə müəsssələrinin uşaqlarının icbarı tibbi müayinəsinin keçirilməsinə başlanılıb. İxtisaslı  tibb işçilərindən  ibarət briqadalar tərəfindən rayonun ümumtəhsil məktəblərində oxuyan  6277  şagirdin və 18 məktəbəqədər tərbiyə müəssisəsində tərbiyə alan 935 nəfər uşağın tibbi müayinədən keçirilməsı prosesinə başlanılıb. 

Oğuz şəhər 3 saylı məktəb-liseydə və Oğuz şəhər 2 №-li körpələr evi-uşaq bağşasında  bu işin gedişini əks etdirən foto görüntüləri təqdim edirik.