15.10.2018

Rayonun bir qrup xarici  dil müəllimin iştirakı ilə müşavirə keçirilib

    

            Oktyabr   ayının15-də Oğuz Rayon Təhsil Şöbəsində   E.V.Kərimovun sədrliyi  altında  rayonun bir qrup xarici  dil müəlliminin və aid mütəxəssislərin iştirakı ilə müşavirə keçirilib.  Müşavirədə “2019-cu ilin buraxılıış və qəbul imtahanlarının keçirililməsi ilə əlaqədar  Azərbaycan Respublikası Təhsil Nazirliyi  və Dövlət İmtahan Mərkəzi tərəfindən   birgə müəyyənləşdirilmiş yeni qaydalar ilə əlaqədar qarşıda duran vəzifələr”  müzakirə edilib. E.Kərimov  2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modeli (tapşırıqların sayı) haqqında geniş məlumat verib.

         Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, sualların sayı,  açıq, qapalı, sitiasiyalı suallar,onların nümunələri, şagirdlərlə indidən  bununla bağlı hazırlıq işlərinin aparılması vurğulanıb və  bu bununla bağlı geniş diskissiya aparılıb.

Müşavirədə qeyd edilib ki,buraxılış imtahanı (11 illik təhsil bazasında) 1 mərhələdə keçirilir (imtahan müddəti  3 saat) xarici dillər (ingilis,alman, fransız,rus, ərəb, fars dilləri) dinləmə mətninə dair (publisistik və ya dialoq) 6 tapşırıq (4 qapalı+2 yazı tələb olunan açıq );  oxuyub-anlama mətninə dair (publisistik və ya bədii) 9 tapşırığın verilməsi (5 qapalı+4 yazı tələb olunan açıq ) nəzərdə tutulub.Tapşırıq  və onun nümunələri barədə  müəavirə iştirakşılarının  mülahizələri və tövsiyəlkəri ətrafında ərtaflı söhbət aparılıb.

        Müşavirədə  bütün ümumtəhsil məktəblərində xarici dil kabinetlərinin yaradılması, onun  lazımı İKT vasitələri ilə təmin edilməsi,  təlim nəticələri zəif olan uşaqların  imtahanlarda  düçəcək sualları anlamaları və sualları düz cavablandırmaları  üçün  ardıcıl və sistemli işin aparılması qərara alınıb. 

         Müşavirə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Eçin Kərimov tərəfindən yekunlaşdırılıb.

    

 


Açar sözlər: ,