11.10.2018

Ümumtəhsil məktəblərinin direktorlarının, müəllimlərinin, valideynlərin nəzərinə.

          Oğuz Rayon Təhsil Şöbəsinin  fəaliyyət planına uğun olaraq  2018-2019-cu  dərs ilində  təsdiq olunmuş  tədbirlər planına əsasən  rayonun ümumtəhsil məktəblərində hər həftə bir müəssisədə təşkil olunmaqla “Məktəbdə bir gün” layihəsi reallaşdırılacaq.  Layihə çərçivəsində  Təhsil Şöbəsinin  rəhbərliyi və əməkdaşları gün ərzində məktəbdə təlim-tərbiyə prosesinin təşkili, müəllimlərin dərslərə hazırlıq, müasir təlim texnologiyalarından Istifadə, milli Təhsil Konsepsiyasının (Milli Kurrikulumu) tətbiqi, şagirdlərin dərsə davamiyyəti, onların dərs məşğələrinə hazırlıq və proqram materiallarını mənimsəmə səviyyəsi, dərs cədvəlinin tərtibinə verilən tələblərin gözlənilməsi,  dərslərin əvəz olunma qaydaların yerinə yetirilməsi və onun qeydiyyatının aparılması, sinif jurnalları və onların işlənmə qaydalarına riayət edilməsi, məktəbin, ayrı-ayrı rəhbərlərin  fəaliyyət planlarının tərtibi və burada göstərilən məsələlərin yerinə yetirilməsi, təhsil sənədlərin alınması, verilməsi, uçotunun aparılması   kitabının işlənməsi, pedaqoji şuraların, direktoryanı müşavirələrin və  əmək kollektivlərinin ümumi yığıncaqlarınıın keçirilməsi, qəbul edilən qərarların, verilən əmrlərin icrası, məktəbli kitabçalarının işlənməsi,  dərs dinləmələrinin təşkili, qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, yayılması, məktəbdaxili nəzarətin, psixoloji xidmət, fiziki hazırlıq, gənclərin  çağrışa qədərki hazırlıq sahəsində işlərin təşkili, məktəbdə mədəni kütləvi  tədbirlərin həyata keçirilməsi və uçotunun təşkili vəziyyəti, kitabxana işinin təşkili, şagirdlərin məktəbli forması, məktəbli ləvazımatları ilə  təmin edilməsi sahəsində  görülmüş işlər və digər məsələlər araşdırılacaq.

Monitorinqin nəticələri hər bir  təhsil müəssisəsində ayrılıqda müzakirə ediləcək, təlim-tərbiyə prosesindəki çatışmazlıq və nöqsanların aradan qaldırılması üçün məktəb rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlar veriləcək, təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə bağlı Təhsil Şöbəsi tərəfindən müəssisə rəhbərlərinin,  müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı  müvafiq qərar qəbul ediləcək və bu barədə   Oğuz Rayon Təhsil Şöbəsinin oguz.edu.gov.az rəsmi internet saytında və Oğuz Rayon Təhsil Şöbəsinin facebook səhifəsində  geniş hesabat dərc ediləcəkdir.

“Məktəbdə  bir gün“ layihəsində valideynlərin, ictimaiyyətin, mediya nümayəndələrinin və arzu edənlərin  iştirakı sərbəstdir.


Açar sözlər: ,