10.10.2018

Samir Cəbrayılov Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə təltif olunub.

 

Cəbrayılov Samir Adil oğlu 1986-cı ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olub. 1992-ci il Xaçmaz kənd M.F.Axundov adına 1N-li məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü il həmin məktəbin 11-ci sinfini bitirib, Sumqayıt Dövlət Universtitetinin coğrafiya fakultəsinə daxil olub.

2008-ci ildə Sumqayıt Dövlət Universitetini bitirdikdən sonra M.F.Axundov adına  Xaçmaz  kənd 1N-li tam orta  məktəbə coğrafiya müəllimi təyin olunub  və hal-hazırda həmin məktəbdə ixtisası üzrə müəllim işləyir. Eyni zamanda 2010-cu ildə Xalxal kənd tam orta məktəbində və 2011-ci ildə Xaçmaz kənd ümumi orta məktəbində coğrafiya müəllimi işləyib.

2016-cı ildə respublika fənn olimpiadasında coğrafiya fənnindən Lətifli Röyal 3-cü yer, 2017-ci ildə Yəhyazadə Aydan 2-ci yer, 2018-ci ildə Göyüşov Elvin və Mikayıllı Rufanə 3-cü yer tutub. 2013-cü il Oğuz Rayon Təhsil Şöbəsinin qiymətli hədiyyələrinə layiq görülüb, 2016-cı və 2018-ci illərdə Oğuz Rayon Təhsil Şöbəsinin  fəxri fərmanı ilə təltif olunub.

2017-ci ildə Oğuz Rayon Təhsil Şöbəsi tərəfindən keçirilən “Ən yaxşı açıq dərs” müsabiqəsinin qalibi olub. Dəfələrlə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub. Samir Cəbrayılov qabaqcıl pedaqoji təcrübə və innovasiyaların öyrənilməsini diqqət mərkəzində saxlayır, təlimdə İKT vasitələrindən  müntəzəm istifadə edir.

Məzunlarının ali məktəblərə qəbul faizi  aşağıdakı kimi olub. 2015-2016-cı ildə 37,5%, 2016-2017-ci ildə 47,9%, 2017-2018-ci ildə 33,3% olub. Buraxılış imtahanlarının nəticələrinə görə müvəffəq qiymət almış şagirdlərin faiz göstəricisi göstərilən kimidir:  2015-2016-cı dərs ilində IX sinif üzrə 75,7 %; XI sinif üzrə 72,9%, 2016-2017-ci dərs ilində IX sinif üzrə 88,6%; XI sinif üzrə 79,2%, 2017-2018-ci dərs ilində IX sinif üzrə 66,7%; XI sinif üzrə 65,7% təşkil edib.

         Cəbrayılov Samir Adil oğlu özünün elmi-nəzəri, metodiki səviyyəsinin yüksəldilməsi qayğısına qalır, gənc müəllimlərə pedaqogikanın sirlərini,  pedaqoji işin səmərəliliyinə və peşəkarlığına çatmaq yollarını səylə öyrədir. Azərbaycan Respublikası tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirmədə 54 bal toplayıb.

Ailəlidir, iki övladı var.

Təlim-tərbiyə prosesində əldə etdiyi nəaliyyətlərə görə Samir Cəbrayılov Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin, ATİAHİ Oğuz Rayon Komitəsinin fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2018-ci il tarixli  K-1027 nömrəli əmri ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə  təltif olunub.

Təbrik edirik.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Açar sözlər: