10.10.2018

Təhminə Eldarova “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.

 

Eldarova Təhminə Salman qızı 01.06.1975-ci ildə Oğuz  şəhərində anadan olub. 1982-ci ildə Oğuz şəhər  1 №-li tam  orta məktəbin I sinfinə qəbul edilib, 1992-ci ildə həmin təhsil müəssisəsini bitirib. O, 1995-ci ildə ADPU-nun filologiya fakültəsinə daxil olub, 1999-cu ildə oranı bitirərək Azərbaycan dili və ədəbiyyatı ixtisasına yiyələnib. Həmin ildən  H.Babayev adına Oğuz şəhər 1 №-li tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilib.

         İşlədiyi dövrdə  pedaqoji və  şagird kollektivinin dərin hörmətini qazanıb  məktəbdə, habelə Oğuz Rayon Təhsil Şöbəsinin keçirdiyi tədbirlərdə fəal iştirak edib. Təhminə Eldarovanın fəaliyyəti lazımınca qiymətləndirilib. O, 08 sentyabr 2016-cı il tarixdə "Gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə", 05 oktyabr 2017-ci il tarixdə "Gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi sahəsində əldə etdiyi nailiyyətlərə və rayonun ictimai həyatında fərqləndiyinə görə", 06 sentyabr 2018-ci il tarixdə "Təhsildə keyfiyyət ili"çərçivəsində keçirilən pedaqoji mühazirələr müsabiqəsinin rayon mərhələsində fəal iştirakına görə" Oğuz Rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə təltif olunub.

         Son üç ildə məzunlarının ali məktəblərə qəbul faizi aşağıdakı kimi olub: 2015-2016-cı dərs ilində 52,3%, 2016-2017-ci dərs ilində 51,2 %, 2017-2018-ci dərs ilində 52,5% olub. Buraxılış imtahanlarının nəticəsinə görə müvəffəq qiymət almış şagirdlərin faiz göstəricisi aşağıdakı kimidir: 2015-2016-cı dərs ilində IX sinif üzrə 95,4%; XI sinif üzrə 84,1%, 2016-2017-ci dərs ilində IX sinif üzrə 81,1%; XI sinif üzrə 82,9%, 2017-2018-ci dərs ilində IX sinif üzrə 95,2 %; XI sinif üzrə 92,5% olub.

Təhminə Eldarova öz üzərində daim çalışır, elmi-nəzəri və metodiki biliyinin artırılması qayğısına qalır. Gənc müəllimlərə həvəslə öz təcrübəsini, pedaqogikanın sirlərini və incəliklərini həvəslə öyrədir. O, Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirilən müəllimlərin diaqnostik qiymətləndirmədə 54  bal toplayıb.

Ailəlidir. İki övladı var. Qızı Həbibullayeva İnci Cövdət qızı ADİU-nin iqtisadiyyat fakültəsində 2-ci kursda təhsil alır. Oğlu Həbibullayev Elgün Cövdət oğlu H.Babayev adına 1 №-li tam orta məktəbdə 11-ci sinifdə təhsil alır.

Təlim-tərbiyə prosesində əldə etdiyi nəaliyyətlərə görə Təhminə Eldarova Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin, ATİAHİ Oğuz Rayon Komitəsinin fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2018-ci il tarixli  K-1027 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.

Təbrik edirik.

 


Açar sözlər: