09.10.2018

Abdullayeva Telmurə Mayıl qızı  “Qabaqcıl Təhsil İşçisi” döş nişanına layiq görülüb.

 

 Abdullayeva Telmurə Mayıl qızı  1967-ci ildə Oğuz rayonunun Filfilli kəndində anadan olub. O, 1974-cü ildə Şirvan (Əli Bayramlı) şəhər 16 nömrəli məktəbin 1-ci sinfinə qəbul edilib, 1984- cü ilde həmin məktəbin 11-ci sinfini bitirib Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunub və həmin ali təhsil müəssisəsini 1988-ci ildə bitirərək Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına yiyələnib, təyinatla Filfilli kənd tam orta məktəbində müəllim kimi fəaliyyətə başlayıb. 1998-ci ildən E.Abdullayev adına Oğuz şəhər  2 №-li tam orta məktəbə ixtisası üzrə müəllim təyin olunub. Təlim-tərbiyə prosesində əldə etdiyi naliyətlərə görə 2010-2014-cü illərdə Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin fəxri fərmanları və diplomları ilə təltif olunub.  Ümummilli lider H.Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş "Ən yaxşı təqdimat" müsabiqəsinin respublika mərhələsində şagirdləri Sevinc Quluyeva və Əsmər Sərkərova müvafiq surətdə I və II yerləri tutduqlarına, tam orta məktəb kursunu qızıl medalla başa vurduqlarına görə Telmurə Abdullayeva Oğuz Rayon Təhsil Şöbəsinin fəxri fərmanına layiq gorülüb.

Abdullayeva Telmurə Mayıl qızının dərs dediyi məzunların ali məktəblərə qəbul faizi 2015-2016-cı tədris ilində 38,5%, 2016-2017-ci tədris ilində 44,8%, 2017-2018-ci tədris ilində 56,2% olub.

Buraxılış imtahanlarının nəticələrinə görə onun müvəffəq qiymət almış şagirdlərinin faiz göstəricisi aşağıdakı kimi olmuşdur:

 2015-2016-cı dərs iilində IX sinif üzrə 82,8%;  XI sinif üzrə76,9%, 2016-2017-ci dərs ilində  IX sinif üzrə 60,0%;  XI sinif üzrə 79,3%, 2017-2018-ci dərs ilində IX sinif üzrə 66,7%;  XI sinif üzrə 84,4% təşkil edib.

T.Abdullayeva özünün elmi-nəzəri metodik səviyyəsinin yüksəldilməsi üzərində daim çalışır. O, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsində 53 bal toplayıb.

Təlim-tərbiyə prosesində əldə etdiyi naliyyətlərə görə Telmurə Abdullayeva Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin, ATİAHİ Oğuz Rayon Komitəsinin fəxri fərmanlarına və qiymətli hədiyyələrinə layiq görülüb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01 oktyabr 2018-ci il tarixli  K-1027 nömrəli əmri ilə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunub.

Təbrik edirik.

 

 


Açar sözlər: