15.09.2018

Təhsil müəssisələrində  Bilik Günü qeyd edilib.

 Azərbaycan Respublikasının Təhsil Naziri cənab Ceyhun Bayramovun   təhsil müəssisələrində  Bilik Gününün qeyd edilməsi ilə bağlı verdiyi əmrə müvafiq olaraq Rayon Təhsil Şöbəsinin tabeçiliyində olan 34 ümumtəhsil məktəbində  bayram tədbirləri keçirilib. Bayram tədbirlərində  Oğuz Rayon İcra Hakimiyyətinin  və Oğuz Rayon Təhsil Şöbəsinin,  4 saylı  Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndələri iştirak edib.  Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Yusif Naxçıvanski Həbib Babayev adına Oğuz şəhər  1 nömrəli məktəbdə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Yusifov  Oğuz şəhər  3 nömrəli məktəb-liseydə,  Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov  Oğuz şəhər 2 nömrəli tam orta məktəbdə Bilik Gününə həsr edilmiş tədbirlərdə çıxış edib, məktəblərin pedaqoji kollektivlərini, şagirdləri və valideynləri  təbrik edərək onlara yeni dərs ilində onlara uğurlar diləyib.

             Təhsil müəssisələrində  bilik bayramına həsr edilmiş tədbirlərdə  ötən dərs ilinə yekun vurulub, 2018-2019-cu dərs ilində qarşıda duran vəzifələrdən geniıliyi ilə  bəhs edilib. Həmin tədbirlərdə  Oğuz Rayon İcra Hakimiyyəti Baçşısının Ərazi İnzibati Dairələri üzrə nümayəndələri, yerli bələdiyyə orqanların  sədrləri, məktəbəqədər tərbiyə müəssisələrinin müdirləri,  valideyn şuralarının sədrləri, valideynlər, mətbuat və sosial media nümayəndələri iştirak edib.

 2018-2019-cu dərs ilində rayon üzrə  415 sinif komplektində 5857 nəfər şagird  təhsilə cəlb edilib. 570 nəfər şagird  I siniflərə, 465 şagird   X siniflərə qəbul edilib.  Hazırlıq siniflərinə 30 qrupda  426 nəfər cəlb edilib.

 Yeni dərs ili ərafəsində rayonun təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika  və məktəbə hazırlıq qruplarının müəllimləri üçün ixtisasasartırma kursları təşkil edilib və buradan 76 nəfər  keçib.

            Məktəblilər lazımı dərsliklər, dərs ləvazımatları , məktəbli formaları ilə, müəllimlər isə lazımı metodik vəsaitlərlə təmin edilib və İlk dərs məşğələlərinin 17 sentyabrda keçirilməsi nəzərdə tutulub.

        `    Foto  görüntülər  İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbində keçirilən tədbirdəndir.


Açar sözlər: ,  ,