11.09.2018

Psixoloji-tibbi-pedaqoji komissiyanın iclasında.

Yeni dərs linin başlanması ilə əlaqədar  avqust ayının 29-da Oğuz Rayon Təhsil Şöbəsinin yanında fəaliyyət göstərən psixoloji- tibbi- pedaqoji komissiya oz fealiyyətinə start vermis, komissiyanin ilk iclasi keçirilib.İclasda komissiyaya 9, nəfər sağlamlıq imkanları məhdud şəxslərin müraciəti daxil olub. Onlardan 6 nəfər  uşağa serebral  iflici  diaqnozu, 2 nəfər  epilepsiya kəskinləşmə mərhələsinde diaqnozu, 1 nəfər əqli  gerilik, psixoz diaqnozu ile muraciət etmis, uygun olaraq usaqların fiziki, psixi, əqli, sensor ve nitq inkisafi qiymətləndirilmis, hissi-emosional durumu, koqnitiv inkisaf səviyyələri  dəyərləndirilib. 3 nəfər saglamlıq imkanları məhdud usagın komissiyaya gəlmək imkanı olmadıgı ucün   3-IX -2018-ci il tarixdə evlərdə həmin usaqlara komissiya tərəfinən baxıs kecirilib, ilkin müayinə edilib ve muvafiq qərar verilib.Umumilikdə  indiyədək psixoloji-tibbi -pedaqoji komissiyaya 12 müraciət daxil olub, komissiya oz isini hər həftənin I -III cü gunləri saat 10-00- dan 16-00-dək davam etdirir.

Komissiyanın yekdil rəyinə əsasən yeni dərs ilindən 11 sağlamlıq imkanları məhdud olan uşaq  ilkin rəyə əsasında  evdə təhsilə cəlb edilib. Əqli cəhətdən inkişafdan geri qalmış 1 nəfər uşağın komissiyanın qərarı ilə xüsusiləşmiş internat məktəbinə göndərilməsi tövsiyə olunub.


Açar sözlər: ,