13.06.2018

IV Respublika Fənn  Müsabiqələrinin final mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirilib.

Məlumat verildiyi kimi 03 mart 2017-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin göstərişinə uyğun olaraq  riyaziyyat, fizika, kimya, biologiya və informatika fənlərindən  istedadlı şagirdlərin  IV məktəblərarası  Respublika Fənn  Müsabiqələrinin  I  turu keçirilmiş, II tura keçmək uğrunda rayonun 32 ümumtəhsil məktəbinin  197 şagirdi  mübarizə aparıb.   Birinci mərhələnin nəticələri Təhsil Nazirliyi tərəfindən yekunlaşdırılmış , 60% və daha yuxarı nəticə göstərmiş 16 nəfər  VI-VII sinif şagirdi 30 iyun 2018-ci il tarixində Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

İyunun  13-də  Oğuz Rayon Təhsil Şöbəsinin akt zalında  final mərhələsində iştirak edəcək şagirdlər, onların fənn müəllimləri, Rayon Təhsil Şöbəsinin idarəetmə aparatının məsul əməkdaşlarının görüş tədbiri keçirilib. Tədbiri açıq elan edən  Təhsil Şöbəsinin müdiri E.V.Kərimov  qalib şagirdləri, onların ixtisas müəllimlərini  təbrik edib, final mərhələsində uğurlar diləyib. Görüş tədbirində hər şagirdə, onların müəllimlərinə söz verilib, onların çətinlik və problıemləri  dinlənilib, həlli istiqamətində rayon Təhsil Şöbəsinin müvafiq struktur bölmələrinə  lazımı tapşırıqlar verilib.

Tədbir Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov tərəfindən yekunlaşdırilıb.


Açar sözlər: ,