04.06.2018

 Qəbul imtahanlarının  birinci mərhələsində  400-700 arasında bal toplayan  XI sinif şagirdləri ilə görüş keçirilib.

     İyun ayının 1-də Rayon Təhsil Şöbəsinin akt zalında Azərbaycan Respublikası DİM tərəfindən keçirilən qəbul imtahanlarının  birinci mərhələsində  400-700 arasında bal toplayan  XI sinif şagirdləri ilə görüş keçrilib. Görüş tədbirində    yüksək bal toplamış şagirdlər, təhsil müəssisələrinin rəhbərləri,  rayon Təhsil Şöbəsinin idarəetmə aparatının məsul əməkdaşları iştirak  edib.  Görüş tədbirində      qəbul imtahanlarının  birinci mərhələsinin yekunları geniş müzakirə edilib, hər məzunun nəticələri genış təhlil edilib. Təhsil müəssisəsinin əldə etdiyi  nəticələr keçən illə müqaisə olunub. Tədbirdə Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E .V.Kərimov   müzakirələri yekunlaşdırib və   qəbul imtahanlarının ikinci  mərhələsində, habelə buraxılış imtahanılarında qarşıda duran vəzifələrdən danışıb.


Açar sözlər: ,