17.05.2018

Buraxılış və buraxılış sınaq imtahanlarının nəticələri müzakirə edilib. 

             16-17 may tarixlərində Oğuz Rayon Təhsil Şöbəsində  Dövlət İmtahan Mərkəzi tərəfindən   rayonun IX  siniflərində  oxuyan  şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının  1-ci  mərhələsinin, o cümlədən ,  Oğuz Rayon Təhsil Şöbəsinin IX şagirdləri üçün keçirdiyi  buraxılış-sınaq imtahanlarının  I-II  mərhələləsi  və XI  siniflər üçün keçirilmiş buraxılış sınaq imtahanının  nəticələrinə dair Oğuz Rayon Təhsil Şöbəsinin müdiri   E.V. Kərimovun sədrliyi altında  müşavirə keçirilib.

             Rayonun Xalxal, Ərmənət,Qumlaq, Şirvanlı  və Tayıflı kənd tam orta məktəblərinin direktorları, təlim-tərbiyə  işləri üzrə direktor müavinləri, IX və XI siniflərdə tədris aparan Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri, Oğuz Rayon Təhsil Şöbəsinin idarəetmə aparatının məsul əməkdaşları müşavirədə iştirak edib.

             “Oğuz rayonunun ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilmiş buraxılış və buraxılış- sınaq imtahanlarının nəticələri “  barədə hazırlanmış geniş təhlil materialları  barədə  Oğuz Rayon Təhsil Şöbəsinin  metodiki kabinetinin  direktoru N.Zahidov ətaraflı məlumat verib.   Müşavirədə  buraxılış , buraxılış-sınaq imtahanlarının müzakirə olunan hər bir məktəb üzrə ayrıca  təhlili verilib, başqa məktəblərlə, rayonun, respublikanın  orta   göstəriciləri ilə müqaisə edilib.   Müşavirədə qeyd edilib ki, Xalxal, Qumlaq, Tayıflı, Şirvanlı,Ərmənət, Baş Daşağıl, Muxas, Bucaq, Calut kənd tam orta və Maluq  ümumi orta  məktəblərinin buraxılış siniflərində oxuyan şagirdlərinin  buraxılış və buraxılış-sınaq imtahanlarındakı  təlim müvəffəqiyyətləri və keyfiyyət göstəriciləri  respublikanın, habelə rayonun ümumi orta göstəricilərindən aşağıdır.

              Xalxal, Qumlaq, Şirvanlı, Tayıflı,Ərmənət,Baş Daşağıl,Muxas,Bucaq, Calut kənd tam orta,Maluq ümumi orta  məktəblərinin   direktorları  R.Ağababayev, F.Abbasov, F.Kərimov,B.Ağayev, F. İbrahimov, N.Dadayeva, E.Cəfərov, S.Rüstəmova, L.Abbasov və Ç.İslamov çıxışlarında  təlim   göstəricilərinin aşağı düşmə səbəblərinin izahını verib və  təlim-tərbiyə göstəricilərinin yüksəldilməsi ilə əlaqədar rəhbərlik etdikləri təhsil müəssisəsində nöqsanların aradan qaldırılması   istiqamətində  lazımı tədbirlərin həyata keçiriləcəyini  əmin edib.

             Müşavirənin işini yekunlaşdıran  E.V.Kərimov qeyd edib ki,  Azərbaycan Respublikası DİM tərəfindən rayonun IX və  XI siniflərində  oxuyan  buraxılış siniflərinin şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının 1-ci mərhələsinin,  Oğuz Rayon Təhsil Şöbəsinin IX sinif şagirdləri üçün keçirdiyi  buraxılış- sınaq imtahanlarının  I-II  mərhələlərinin , XI sinif şagirqləri üçün keçirilən buraxılış-  sınaq imtahanlarının  nəticələrinnin təhlili   göstərdi ki,  təhsil  müəssisələrinin rəhbərləri  “Keyfiyyət ili” çərçivəsində  təhsilin keyfiyyətinin yüksəldilməsi, hər bir fənn müəlliminin məsuliyyət hissinin yüksəldilməsi ilə əlaqədar  lazımi səviyyədə,  konkret və təxirəsalınmaz  tədbirlər həyata keçirməmiş,  situasiya xarakterdə olan test tapşırıqlarının  təlim prosesinin gedişində işlədilməsi və şagirdlərin bununla bağlı lazımı bacarıq və vərdiışlərə yiyələnməsi  istiqamətində  səmərəli fəaliyyət göstərməyib.Müzakirə olunan məktəblərin istər müvəffəqiyyət, istərsə də keyfiyyət göstəriciləri keçən illə müqaisədə xeyli dərəcə də geriləmiş, “0”  ballıq nəticə göstərən buraxılış siniflərinin şagirdlərinin sayı artıb. Daha sonra,  E.V.Kərimov  təlim göstəriciləri zəif olan fənn müəllimlərinin bununla bağlı  hesabatlarını dinləyib. Təlim-tərbiyə  prosesində mövcud olan nöqsanların aradan qaldırılması istiqaqamətində ixtisas  müəllimlərinə konkret  tapşırıqlar verilib.

            Müşavirə  müzakirə olunan məsələ ilə əlaqədar konkret  qərar qəbul edib.

             Rayonun digər məktəblərinin buraxılış və buraxılış-sınaq  imtahanlarının nəticələrinin müzakirəsi davam edir.  


Açar sözlər: ,  ,