08.05.2018

Fənn olimpiadalarının final mərhələsinin yekunlarını elan edilib

       Azərbaycan Respublikası  Təhsil Nazirliyi fənn olimpiadalarının final mərhələsinin yekunlarını elan edib. Aşağıda  göstərilən şagirdlər  mükafatalayiq  yerləri qazanmışlar:

1.Ənsərli Cahan Akif qızı - Oğuz şəhər 3 nömrəli məktəb-liseyin VIII sinif şagirdi, IX sinif proqramı dairəsində Azərbaycan tarixi fənnindən I yer ,müəllimi Azərbaycan Respublikasının Əməkdar müəllimi Rəşid Nurməmmədov; 

2. Vəliyev Rəşid Azər oğlu - E.Haşımov adına Dəymədərə kənd tam orta məktəbinin VIII sinif şagirdi ,IX sinif proqramı dairəsində Azərbaycan tarixi fənnindən II yer,müəllimi Hacıyeva Şəfəq Hümmət  qızı;

3. Rəhimli Kəmalə Mehman qızı - İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəbin XI sinif şagirdi, Azərbaycan dili və ədəbiyyat fənnindən III yer, fənn müəlkllimi Lətifova Qumru  Abid qızı.

      Qalibləri,  onların  təhsil aldıqları  təhsil müəssisələrinin  pedaqoji  və şagird  kollektivlərini, valideynlərini təbrik edir, gələcək işlərində uğurlar diləyirik.

      Fənn olimpiadalarının coğrafiya fənni üzrə nəticələri barədə əlavə məlumat veriləcəkdir.


Açar sözlər: