07.05.2018

Ümumtəhsil  məktəblərinin IX və XI siniflərinin şagirdləri üçün buraxılış –sınaq imtahanları keçirilib

 

         Təhsildə keyfiyyət ilinin elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli əmri əsasında  Oğuz Rayon Təhsil Şöbəsinin Tədbirlər planına uyğun olaraq  cari ilin may ayının 5-6 –da  Oğuz şəhər  3 nömrəli məktəb-liseydə, Böyük Söyüdlü kənd  və  Xaçmaz kənd  2 nömrəli tam orta məktəblərində yerləşən imtahan mərkəzlərində  rayonun  IX və XI sinif  şagirdləri üçün buraxılış –sınaq imtahanları keçirilib . Ümumtəhsil məktəblərində oxuyan  527 nəfər IX sinif  və XI sinflərdə  təhsil alan 439 nəfər  XI sinif şagirdi buraxılış-sınaq imtahanlarında iştirak edib. Müəyyən edilmiş vaxt ərzində  IX sinif şagirdləri   Ana dil və riyaziyyat fənlərindən 60, XI sinif şagirdləri isə Ana dili, riyaziyyat və xarici dil fənlərindən  90 sualı cavablandırıb.  İmtahanların keçirilməsinə dair Təlimatın tələblərinin pozulması hallarına yol verilməyib.  Buraxılış-sınaq imtahanlarının nəticələri   Oğuz Rayon Təhsil Şöbəsinin rəsmi internet sıhfələrində yerləışdiriləcək.


Açar sözlər: ,  ,