01.05.2018

 Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şahmat birinciliyi keçirilib.

             Oğuz Rayon Təhsil  Şöbəsinin  Tədbirlər Planına uyğun olaraq  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə  Oğuz Rayon  Uşaq Gənclər İdman  Şahmat məktəbində may ayının 1-də   rayonun şahmat fənni tədris olunan pilot məktəblərində  oxuyan II-IV sinif şagirdləri  arasında şahmat birinciliyi keçirilib.Turnirdə 8 pilot məktəbindən 43 məktəbli iştirak edib. . Turniri  Oğuz Rayon UGİŞM-nin direktoru  N.Hüseyni açaraq yarışın əhəmiyyətindən, məktəbin idmançılarının respublika və zona yarışlarında əldə etdiyi uğurlardan danışıb.   Oğuz Rayon İcra Hakimiyyəti Başçısının müavini Yusif Naxçıvanski, Oğuz Rayon Gənclər və İdman  İdarəsinin rəisi Ramiz Mahmudov,Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov,Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov turnirin açılış mərasimində çıxış edərək gənc şahmatçılara uğurlar diləyib.

Gərgin keçən mübarizə şəraitində  İ. Rəhimov adına  Qumlaq kəınd tam orta məktəbin  gənc şahmatçıları komanda hesabı ilə I yerə çıxaraq turnirin qalibi  hesab edilib.   Oğuz şəhər 3 nömrəli məktəb-liseyin komandası II yerə, Xaçmaz 1 nömrəli tam orta məktəbin komandası isə III yerə çıxıb.  Qalib komandalara  Oğuz Rayon İcra Hakimiyyətinin, Oğuz Rayon Təhsil Şöbəsinin, YAP Oğuz Rayon təşkilatının fəxri fərmanlarının, diplomlarının və qiymətli hədiyyələrinin verilməsi nəzərdə tutulub.

 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildüümünə həsr edilmiş tədbirlər davam edir.

 


Açar sözlər: ,