09.04.2018

 "Şahin" hərbi-idman oyununun rayon mərhələsi keçirilib. 

         Aprel ayının 8-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Veteranlar Təşkilatının 12 fevral 2018-ci il tarixli, 29 №-li birgə qərarı əsasında Emin Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbdə “Şahin” hərbi-idman  oyununun rayon mərhələsi keçirilib. Bu mərhələdə ümumtəhsil məktəblərinin 22 komandası iştirak edib. Yarışdan əvvəl gənc şahinlər Oğuz şəhərindəki  "Şəhidlər Xiyabanı"na gül-çiçək dəstələri və çələng qoyaraq müqəddəs şəhidlərimizin ruhunu ehtiramla yad edib. Sonra isə hərbi-idman oyununun açılış mərasimi olub. Açılış mərasimində Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək gənc şahinlərə uğurlar diləyib.

      Hərbi-idman oyununda gənc şahinlər təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq sıra hazırlığı, mülki müdafiə, fiziki hazırlıq, maneələrin dəf edilməsi mərhələlərində güclərini, bacarıq və çevikliklərini sınamışlar. Hər mərhələ münsiflər heyəti tərəfindən  5 (beş) ballıq sistem üzrə qiymətləndirilib.

         Gərgin keçən mübarizə şəraitində H.Babayev adına Oğuz şəhər 1 №-li tam orta məktəbin komandası birinci yerə çıxaraq zona birinciliyində iştirak hüququ qazanıb. Əjdər Mahmudov adına Qarabulaq və Böyük Söyüdlü kənd tam orta məktəblərinin komandaları  müvafiq olaraq ikinci yerə,  Emin Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbin komandası  üçüncü yerə çıxıb.

           Qalib komandaya zona birinciliyində uğurlar diləyirik.


Açar sözlər: ,