06.04.2018

Məktəb direktorunun müavini vəzifəsində işləmək istəyənlərin nəzərinə

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdehlik, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.

Oğuz rayon Təhsil Şöbəsi  ümumi təhsil müəssisələrinin direktor müavini  vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə Mollalı, Xaçmaz 2 saylı və Böyük Söyüdlü kənd tam orta məktəblərinin direktor müavini vəzifəsilərinə  vakansiya elan edir.

Müsabiqə şərtləri və qaydaları aşağıdakılardır;

Müsabiqədə rayonun ümumtəhsil məktəblərində müddətsiz müqavilə əsasında çalışan,  3 ildən çox  pedoqoji stajı olan, ali təhsilli, dioqnostik imtahanlarda azı 40-dan yuxarı nəticə göstərmiş müəllimlər iştirak edə bilər.

Müsabiqə 3 mərhələdə keçirilir.

 I mərhələdə sənədlərin qəbul  həyata keçirilir. Sənədlərə Şəxsiyyəti təsdiq edən sənədin,  Ali təhsil haqqında diplomun, əmək kitabçasının surətləri daxildir. Namizədlər müsabiqə və layihələrdə iştirakı və əldə edikləri serfikat, diplom və fəxri fərmanları surətlərini də şəxsi işə əlavə edə bilərlər.

Müsabiqənin ikinci mərhələsi imtahan mərhələsidir. İmtahanda namizədlərin əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində bilik və bacarıqları 40 test tapşırığı vasitəsi ilə qiymətləndirilir. Ən az 60 % nəticə göstərənlər 3-cü  mərhələyə buraxılır.

III Mərhələ müsahibə mərhələsidir. Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq qiymətləndirilir.

Müsabiqənin nəticəsinə əsasən vakant direktor müavini vəzifəsinə uyğun hesab edilmiş namizədin işə qəbul olunması barədə qərar qəbul olunur.

Direktor müavini vəzifəsinə uyğun bilinən bir neçə namizəd olarsa, onlardan birinəticələr nəzərə alınmaqla vəzifəyə təyin olunur, digərləri isə ehtiyat kadrlar siyahısına daxil edilir.

Müvafiq sənədlərin qəbulu və qeydiyyatı rayon Təhsil Çöbəsində  10-25 aprel tarixlərində  aparəlacaqdır.


Açar sözlər: ,