04.04.2018

“Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb.

        Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12 fevral 2018-ci il tarixli, F-120 nömrəli əmrinə uyğun olaraq Oğuz Rayon Təhsil Şöbəsi üzrə14 fevral 2018-ci il tarixli 22 nömrəli əmr əsasında şöbənin müdiri E.V.Kərimovun sədrliyi ilə ixtisas müəllimlərindən ibarət işçi qrupu yaradılıb. Rayonun ümumtəhsil məktəblərinin 28 nəfər IX-XI sinif şagirdi bu müsabiqəyə qatıılıb. Müsabiqənin rayon mərhələsi iki turda keçirilib, 7 nəfər şagird müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanıb. Rayonun 3 saylı məkətəb-liseyin, Oğuz şəhər 1 və 2 nömrəli tam orta,Padar,Tərkəş,Kərimli tam orta məktəblərinin şagirdləri müsabiqənin ikinci mərhələsində iştirak edib. 
Gərgin keçən mübarizənin nəticələrinə uyğun olaraq münsiflər heyətinin yekdil rəyinə əsasən E.Abdullayev adına Oğuz şəhər 2 N-li tam orta məktəbin XI sinif şagirdi Sərkərova Əsmər Mahir qızı (müəllimi Abdullayeva Telmurə Mayıl qızıdır) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon mərhələsinin qalibi hesab edilmiş və aidiyyatı üzrə sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunub.
        Əsmər Mahir qızı Sərkərova 2001-ci ildə Oğuz şəhərində anadan olub. O, 2007-2008-ci dərs ilində E.Abdullayev adına Oğuz şəhər 2 №-li tam orta məktəbin birinci sinfinə qəbul edilib, ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında hər iki fənn üzrə əla qiymət alaraq fərqlənmə attestatına layiq görülmüş və hazırda həmin məktəbin XI sinfində əla qiymətlərlə təhsilini davam etdirir. Oxuduğu dövrdə məktəbin şagird və müəllim kollektivinin dərin hörmətini qazanmağa nail olub. Rayon miqyasında keçirilən tədbirlərdə fəal iştirak edən Əsmər Sərkərova diplomlara, fəxri fərmanlara və qiymətli hədiyyələrə layiq görülüb.
O, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən keçirilmiş “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü”nə həsr olunmuş müsabiqənin iştirakçısı olub, habelə ”İslam Həmrəyliyi ili”nə həsr edilmiş” Bir günəşin zərrəsiyik” mövzusunda təşkil edilən “II Beynəlxalq Şagird Konfransı”nda iştirak edərək və mükafatalayiq yer tutub, eyni zamanda onun “Multikulturalizm həyat tərzimizdir” mövzusunda yazdığı inşa yazısı konfrans materiallarının dərc edildiyi “Bir günəşin zərrəsiyik” adlı kitabda dərc edilib.O, cari ilin mart ayında keçirilən ”Ədəbiyyat biliciləri” müsabiqəsində qalib gələrək respublika mərhələsinə vəsiqə qazanıb.
        Hər iki müsabiqənin final mərhələsində Əsmər Sərkərovaya uğurlar diləyirik!


Açar sözlər: ,