15.03.2018

"Təşkilat Komitəsi"nin iclası keçirilib. 

          “2017-2018-ci dərs ilinin Ümumi təhsildə keyfiyyət ili elan edilməsi” barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 avqust 2017-ci il tarixli əmrinə uyğun olaraq Oğuz Rayon Təhsil Şöbəsinin 29 saylı, 111 nömrəli əmri ilə “Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji mühazirələrin rayon mərhələsinin keçirilməsi məqsədilə Rayon Təhsil şöbəsinin müdir müavini N.Adıyevin rəhbərliyi altında Təşkilat Komitəsi yaradılmış və aidiyyatı üzrə rəhbər işçilər və mütəxəssislər buraya daxil edilib.  Pedaqoji mühazirə iştirakçılarının müvafiq Təşkilat Komitəsinə təqdim etdiyi məruzələri qiymətləndirmək üçün Təşkilat Komitəsinin nəzdində ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırması ilə bilavasitə bağlı olan fəaliyyətləri ehtiva edən təcrübəli mütəxəsislərdən ibarət işçi qrupları yaradılmışdır. Pedaqoji mühazirələrin rayon mərhələsində iştirak üçün 51 pedaqoji mühazirə Təşkilat Komitəsinə təqdim olunub.

Mart ayının 15-də Təşkilat Komitəsinin ilk iclası keçirilmiş və 23 pedaqoji mühazirə dinlənilmişdir. Təlim-tərbiyə prossesinin təşkili, idarə edilməsi işinin daha da təkmilləşdirmək üçün mühazirə iştirakçılarına konkret tövsiyyə və təkliflər verilib.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov Təşkilat Komitəsinin iclasında çıxış edib, bu mühim tədbirin əhəmiyyətindən danışıb. Rayon üzrə iki ən yaxşı mühazirənin respublika mərhələsində iştirak etməsi nəzərdə tutulub. Təşkilat Komitəsi fəaliyyətini davam etdirir.

 


Açar sözlər: ,