07.03.2018

Əziz qadınlar, müəllimələr,bayramınız mübarək  

             Sizin hər birinizi  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə  səmimi qəlbdən təbrik edir, gənc nəslin təlim-tərbiyə prosesində hər birinizə uğurlar diləyirik. Bildiyiniz kimi, hazırda Azərbaycan Respublikasında qadın  aparıcı qüvvədir.  Rayonun ümumtəhsil məktəblərində çalışan  850 nəfər müəllimin 86,3 faizini qadınlar,  şagirdlərin   66 faizini isə məktəbli qızlar təşkil edir.   Dərs əlaçılarının  70 faizə yaxını qızlardır.  Müəllimlərin  biliklərinin qiaqnostik qiymətləndirilməsində ən yüksək nəticə göstərənlərin əksəriyyəti  də qadınlar olmuşdur.

                2017-ci ildə rayon üzrə ali məktəblərə qəbul olunan 224 məzunun  125 nəfərini qızlar, 99  nəfərini oğlanlar təşkil  etmişdir.  Qəbul  imtahanlarında 500-700 arasında bal toplamış 58   məzunumuzun əksəriyyətini  də qızlar təşkil etmişdir.  2017-ci ildə  ali məktəblərdə  600-700 arasında yüksək bal toplayan  məzunların 29 nəfər məzundan 18 nəfərini  qızlar təşkil edir.

                Qadın  nəvazikar ana, cəmiyyətimizin ən fəal, zəhmətkeş, çəfakeş  bir üzvü,ailəsinin pasibanı, övladının  dayağıdır.

               


Açar sözlər: