02.03.2018

Keyfiyyət ili ilə bağlı elmi-praktik konfrans keçirilib

Mart ayının 2-də  İ.Rəhimov adına   Qumlaq kənd tam orta məktəbində “Təhsildə keyfiyyət ili” çərçivəsində  “Təhsilin keyfiyyətinin yüksəldilməsi yolları” mövzusunda  elmi-praktik konfrans keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblkərində işləyən ibtidai sinif müıllimləri, rayon təhsil şöbəsinin idarəetmə apararatının məsul əməkdaşları, metodbirləçmə sədrləri iştirak edib. Elmi-praktik konfrans iştirakşları   I sinifdə riyaziyyat fənnindən X.Zakirovanın “ Müqaisə edin” mövzusunda,  ” II sinifdə həmin məktəbin ibtidai sinif müəllimi  V.Məhyəddinovanın Azərbaycan dilindən “ Çayın gileyi” mövzusunda, Ə.Əhmədovanın məktəbə hazırlıq qrupunda  ətraf  aləmlə tanışlıq fənnindən  ” Hansı sənət yaxşıdır” mövzusunda,    Q.Lətifovanın   VII sinifdə  ədəbiyyatdan “ “Həsrət “  mövzusundakı açıq dərslərini dinləyiblər.    

            Tədbir iştirakçıları eyni zamanda cədvəl üzrə olan digər dərs məşğələlərində də iştirak ediblər.   Dərs məşğələləri   İKT vasitələrindən istifadə edilməklə  fəal təlim metodlarından istifadəyə uyğun qurulub.

            Elmi  praktik konfrasın ikinci hissəsində dinlənilmiş  açıq dərslərin müzakirəsi keçirilmiş, təlimin keyfiyyətinin yüksəldilməsi yolları ətrafında  diskussiya aparılıb.

            Elmi-praktiki konfransda  məktəbin direktoru F.Abbasov, Oğuz Rayon Təhsil Şöbəsinin əməkdaşı E.Əzimli  çıxış edərək, “İl” çərçivəsində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə   fikir və mülahizələrini bildiriblər.


Açar sözlər: