26.02.2018

Oğuz Rayon Təhsil Şöbəsində  “ Xocalı- harayı aləmə çatmaytan şəhər!”  mövzusunda  tədbir  keçirilib

              Fevral  ayının 26-da Oğuz Rayon Təhsil Şöbəsinin akt zalında  “ Xocalı- harayı aləmə çatmaytan şəhər!”  mövzusunda  tədbir  keçirilib.  Rayonun ümumtəhsil məktəblərinin , məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, pedaqoji işçiləri, Oğuz Rayon Təhsil  Şöbəsinin idarəetmə aparatının məsul əməkdaşları tədbirdə iştirak ediblər. Məktəblilərin ifasında Xocalı qətliamında erməni façistlərinin dinc əhaliyə, körpələrə, qocalara, qadınlara  tutduqları amansız işkəncələrdən, qətl, vəhşilik və zorakılıqlardan bəhs edən  ədəbi-bədii kompozisiya  tədbir iştirakçıları tərəfindən maraq və intizarla qarşılanıb. Tədbirdə bir mənalı şəkildə vurğulanıb ki,  qisas günü  uzaqda  deyil, işğal altındakı torpaqlarımız  tezliklə azad edlərək  yağı düşmən layiq olduğu cəzasını  alacaq.

 Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini cənab  Y.H.Naxçıvanski  çıxış edərək rayonun idarə və müəssisələrində, ümumtəhsil məktəblərində, məktəbəqədər tərbiyə müəssisələrində Xocalı soyqırımı ilə əlaqədar keçirilmiş tədbirlərdən  danışıb və qeyd edib ki,  dövlətimiz, möhtərəm prezident İlham Əliyev cənabları  tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsi  istiqamətində, ordumuzun  yeni  silah  və sursatla təchiz edilməsi sahəsində lazımı  iş aparılır. Tədbirin hazirlanmanmasınada zəhməti olan hər kəsə cənab Y.Naxşıvanski tərəfindən  təşəkkür edilib.


Açar sözlər: ,