22.02.2018

 İstedadlı şagirdlər  və onların müəllimləri  ilə Oğuz Rayon Təhsil Şöbəsində müşavirə keşirilib

 İstedadlı şagirdlərlə müşavirə keçirildi

        Məlumat verildiyi kimi fevral ayinin 15-də Oğuz rayonunun ümumtəhsil məktəblərinin  istedadlı şagirdlərinin iştirakı ilə fənn olimpiadaları birinci- rayon mərhələsi keçirilib.  Sözügedən mərhələdə rayonun 32 ümumtəhsil məktəbinin 377  VII-XI  sinif şagirdi öz bilik və bacarıqlarını sınayıb.Rayon mərhələsinin qalibi olmuş 51   istedalı şagird Şəki şəhərində keçiriləcək zona turunda iştirak etmək hüququ qazanıb.  Ayrı-ayrı fənlər üzrə Şəki şəhərində keçiriləcək zona turunda 11 nəfər Azərbaycan dili,3 nəfər biologiya,20 nəfər coğrafiya,3 nəfər fizika,1 nəfər kimya,3 nəfər riyaziyyat,10 nəfər şagird isə tarix fənni üzrə olimpiadada üzrə iştirak edəcəkdir.

        Fevral ayının 22-də zona mərhələsinə vəsiqə qazanmış istedadlı şagirdlər  və onların müəllimləri  ilə Oğuz Rayon Təhsil Şöbəsində müşavirə keşirilmiş,  rayon mərhələsinə yekun vurulmuş, zona mərhələsində  şagirdlərin  uğurlu  çıxış etmələri üçün  lazımı elmi və təıkilatı  işin aparılması barədə ixtisas müəllimlərinə və məktəb rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

        Müşavirəni Oğuz Rayon Təhsil Şöbəsi müdirinin müavini N.Adıyev yekunlaşdırmış, fənn olimpiadalarının  yarımfinal və final mərhələlərinin keşirilməsi ilə bağlı verilən suallara aydınlıq gətirmişdir.


Açar sözlər: