21.02.2018

 Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən fənn olimpiadalarının  birinci mərhələsinin nəticələri elan edilib.

     Məlumat verildiyi kimi  fevral  ayinin 15-də Oğuz rayonunun ümumtəhsil məktəbləri şagirdlərinin iştirakı ilə fənn olimpiadaları birinci- rayon mərhələsi keçirilib.  Birinci mərhələdə rayonun 32 ümumtəhsil məktəbinin VIII-XI sinif şagirdləri iştirak edib.Rayon mərhələsində 377 şagird öz bilik və bacarıqlarını sınayıb.Onlardan 51 nəfəri Şəki şəhərində keçiriləcək zona turunda iştirak etmək hüququ qazanıb. Azərbaycan  Respublikası Təhsil Nazirliyinin elan etdiyi nəticələrə əsasən Şəki şəhərində keçiriləcək zona turunda 11 nəfər Azərbaycan dili,3 nəfər biologiya,20 nəfər coğrafiya,3 nəfər fizika,1 nəfər kimya,3 nəfər riyaziyyat,10 nəfər şagird isə tarix   fənni üzrə  olimpiadada üzrə iştirak edəcəkdir.  Qaliblərin  siyahısını sizə təqdim edirik.

     


Açar sözlər: