19.02.2018

Ümumtəhsil məktəblərində  keyfiyyət ili ilə əlaqədar hesabat  yığıncaqları davam edir.

Ümumtəhsil məktəblərində  keyfiyyət ili ilə əlaqədar  hesabat  yığıncaqları davam edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində təsdiq edilmiş qrafikə uygun olaraq  “Keyfiyyət ili” ili ilə  bağlı hesabat  yığıncaqları  keçirilir.  Fevralın  16-da Anar Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində hesabat yığıncağı keçirilib və burada  məktəbin direktoru, coğrafiya üzrə  fəlsəfə elmlər doktoru  S.Camıyevin   hesabatı dinlənilərək müzakirə edilib.  Hesabat məruzəsində  “ Keyfiyyət ili” ilə əlaqədar olaraq  təlim-tərbiyə prosesinin keyfiyyəyətinin yüksəldilməsi  sahəsində məktəb rəhbərliyi tərəfindən həyata keçirillən tədbirlərdən  və qarşıda duran vəzifələrdən bəhs ediilib.  Məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini M.Salehov, müəllimlərdən M.Zəkəriyyəyeva, B.Nəsibli,Ç.İsmayılova müzakirə edilən  məsələ ətrafında çıxış ediblər.

            Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov İclasda  çıxış edərək  “Keyfiyyət ili”  əlaqədar olaraq Təhsil  Şöbəsi tərəfindən həyata keçirilən tədbirlərə,  Kərimli kənd tam orta məktəbində bu istiqamətdə gğrülmüş işlər, qarşda duran vəzifələr üzərində dayanıb.  Hesabat iclasında  müzakirə edilən məsələ ilə əlaqəqıdar müvafiq qərar qəbul edilib.

             Rayonun ümumtəhsil məktəblərində keyfiyyət ili ilə bağlı hesabat yığncaqları davam edir.


Açar sözlər: