30.01.2018

Rayon Təhsil Şöbəsinin  şura iclasında.

30 yanvar 2018-ci il tarixdə  Oğuz Rayon Təhsil Şöbəsinin növbəti şura iclası keçirildi. Rayon Təhsil Şöbəsinin  şura üzvləri, ümumtəhsil  məktəblərinin rəhbərləri iclasda iştirak etdilər.

“2017-2018-ci dərs ilində  fənn olimpiadalarının rayon mərhələsinin  hazırlanıb keçirilməsi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda hazırlanmış qərar layihəsi ilə Oğuz Rayon Təhsil Şöbəsinin  metodisti K.Əhmədov,2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” ili elan edilməsi ilə əlaqədar görülmüş işlər barədə rayonun ümumtəhsil məktəblərinin rəhbərlərinin hesabatlarının dinlənilməsinə dair qrafikin təsdiqi” barəsində Oğuz Rayon Təhsil Şöbəsinin metodisti E.Əzimli məlumatla çıxış etdilər..

Oğuz şəhər 1 saylı, Yaqublu, Kərimli, Baş Daşağıl, Tərkəş, Xaçmaz kənd tam orta məktəblərinin direktorları  İ.Məşədiyev, İ.Verdiyev, S.Camıyev, N.Dadayeva, C.Məcidov və V.Hacıyev müzakirələrdə iştirak etdilər.

Şura iclasında  müzakirə edilən məsələlərlə bağlı müvaviq qərar qəbul edildi.

Şura iclası Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov tərəfindən yekunlaşdırılmışdır.

 


Açar sözlər: