29.01.2018

" İstedad axtarışında" devizi altında müsabiqə keçirildi.

 

 

 Cari ilin yanvar ayının 22-26- tarixlərində Oğuz rayon Mədəniyyət evində Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi və Oğuz Rayon Təhsil Şöbəsi, Oğuz Rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə rayonun məktəbliləri arasında “İstedad axtarışında” adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd Oğuz rayonunu əhatə şəhər və kənd məktəblərindən olan 6-11 sinif şagirdləri arasında xüsusi istedadı, bacarıq və qabiliyyəti olan gənclərin aşkarlanması, seçilməsi və ortaya çıxarılaraq cəmiyyətə qazandırılmasıdır.

Tədbirin keçirilməsinin bir digər məqsədi də:

Gəncləri zərərli vərdişlərdən çəkindirmək, asudə vaxtının səmərəli təşkilinə nail olmaq, intellektual potensiallarını üzə çıxarmaq, yaradıcılıq qabiliyyətini ortaya qoymaq, özünəinam və özünüdərk hissini aşılamaq, milli düşüncə ruhunu təbliğ etmək;

            Gənclər arasında sağlam rəqabət mühiti yaratmaqla onları özlərini daha da inkişafa sövq etməkdir.

           Müsabiqənin birinci mərhələsində rayon və kənd məktəblərindən ümumilikdə 70 nəfər iştirak etmişdir. İştirakçılar əsasən rəqs, rəsm, musiqi alətində ifa etmək, şeir söyləmək, əl işlərini nümayiş etdirmək və musiqi ifa etmək kimi nominasiyalar üzrə mübarizə aparmışdır. İştirakçıların qiymətləndirilməsi  Oğuz Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Mədəniyyət  və Turizm idarəsindən dəvət olunmuş ekspertlər tərəfindən aparılmışdır. Birinci mərhələdə ən yüksək bal toplamış 25 nəfər şagir ikinci tura vəsiqə qazanmışdır. İkinci turda şagirdlər bir daha bacarıq və qabiliyyətlərini göstərərək qalib olmaq və ən istedadlı gənc adını qazanmaq uğrunda mübariz aparmışlar. Hər iki turun nəticələrinə uyğun olaraq təşkilat komitəsi hər nominasiya üzrə 2 nəfər ən yaxşı iştirakçını müəyyənləşdirərək 02 feral 2018-ci il tarixində keçiriləcək “Gənclər Günü"ndə qalibləri diplom və qiymətli hədiyyələrlə təltif edəcəkdir.

         Tədbir rayonun ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdır.


Açar sözlər: