19.01.2018

  "Şəhidlər qarşısında endirilən bayraq, yağı düşmən qarşısında enməyəcəkdir.

        Oğuz Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 18 yanvar 2018-ci il tarixdə H.Babayev adına Oğuz şəhər 1nömrəli tam orta məktəbdə “ Şəhidlər qarşısında enən bayraq yağı düşmən qarşısında enməyəçəkdir!” devizi altında tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublkikasının Dövlət Himninin canlı ifası ilə başlandı. Şəhidlərimizin əziz xatirəsi bir dəqəqəlik sükutla yad edildi.
Məktəblilərin ifasında tədbir iştirakçılarına olduqca maraqlı ədəbi-bədii kompozisiya təqdim olundu. Şagirdlərin ifasında Vətənə, döğma torpağa, anaya, Azərbaycan qadınına,əskərinə tükənməz sevgi və məhəbbət, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə böyük inam, Azərbaycan ordusunun yenilməzliyinə və məğrururluğuna aid şeirlər, mahnılar və rekviyem səsləndi. Bütün ifaların süjet xəttini mənfur düşmənə nifrət, bir qarış da olsa Vətən torpağının düşmən tapdağı altında qalmayacağına inam təçkil edirdi. 20 yanvar faciəsinin təşkilində ermənii izləri, sovet qoşunlarını tərəfindən həyata keçirilən qırğınlar, günahsız qurbanlardan bəhs edən video çarx tədbir içtirakçlarının nifrət və qəzəb hissini daha da artırdı. 
        Tədbirdə vurğulandı ki, bu qətliam və vəhşilik xalqımızın azadlıq amallarına gedən yolda onun əzmini daha da artırdi, əhval ruhiyyəsini yüksəltdi. Deməli, 20 Yanvara gedən yol xalqımızın azadlıq mücadiləsində ən parlaq qəhrəmanlıq səhifələrdən biridir. 
Oğuz Rayon Təhsil Şöbəsinin müdiri E.V.Kərimov tədbirdə çıxış edərək xalqımızın azadlıq mücadiləsində apardığı şanlı mübarizənin əhəmiyyətindən, bu yolda 20 yanvar faciəsinin mühüm əhəmiyyət kəsb etməsindən danışdı və 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayonun təhsil, tərbiyə müəssisələrində həyata keçirilən tədbirlər üzərində dayandı. 
    Tədbirin hazırlanmasında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nurlana Cavadovanın, Təhminə Eldarovanın,tarix müəllimi Həqiqət Rəsulovanın, musiqi müəllimi Rəna Əfiyevanın böyük əməyi olmuşdur.
        Ulu Yaradandan şəhidlərimizə rəhmət, şəhid ailələlərinə səbr diləyirik.AA


Açar sözlər: