18.01.2018

Açıq dərs  səmərəli şagird-müəllim fəallığı şəraitində keçdi.

 

Oğuz Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq Oğuz şəhər 3№li məktəb-liseyin kimya müəllimi Sevinc Məmmədovanın 16.012018-ci il tarixdə kimya fənnindən: “Kimyəvi rabitə, kovalent  rabitənin növləri” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, gənc müəllimlər, valideynlər iştirak etmişlər.

          Müəllim dərsi müasir  təlim üsullarına uyğun olaraq qurdu,  şagirdlərin dərs  ərzində fəallığını təmin etdi, fənlərarası  əlaqəyə üstünlük verdi, elektron təlim vasitələrindən istifadəni diqqət mərkəzində saxladı. Dərsi kollektiv və cütlərlə təlim formasına uyğun qurdu.

Təlim nəticəsi: Kimyəvi rabitənin mahiyyətini, elektromənfilik baxımından rabitənin təsnifatını, kovalent rabitənin mahiyyətini misallar üzərində izah edir. Beyin həmləsi, klaster təlim üsuluna üstünlük verildi, bütün şagirdlərlə işə diqqət verildi.

         Sevinc müəllim motivasiya mərhələsində mövzuya aid yönəldici saullarla şagirdlərin diqqətini mövzuya yönəldilməsinə nail oldu. Şagirdlər kimyəvi rabitə nədir? sualı ətrafinda tədqiqat mərhələsində fəallıq göstərdilər. Tədqiqatın aparılmasından öncə şagirdlər dərslikdəki mətnlə tanış oldular. Bundan sonra onlara şagirdlər mövzunu dərslikdən oxudular. Daha sonra onlara prometan lövhədə muxtəlif məzmunlu tapşırıqlar işlədildi.

         Tapşırıqlar fərdi, həm də cütlərlə işlədildikdən sonra suallara cavab verməklə məlumat mübadiləsi və müzakirəsi aparıldı.

Nəticə və ümumiləşdirmə mərhələsində şagirdlər kiçik videoçarx vasitəsilə kovalent rabitənin əmələ gəlmə mexanizmi nümayişini izlədilər və bunun ətrafinda suallar verdilər.  

 Dərsin yaradıcı tətbiqetmə mərhəlsində rəngli kağızlardan kəsilmiş fiqurlardan istifadə etməklə kimyəvi formulları verilmiş maddələrin sxemlərini qurmaq tapşırığını sərbəst surətdə yerinə yetirdilər. Dərsin sonunda şagirdlərin əldə etdikləri bilik və bacarıqlar fərdi və cütlüklər şəklində qiymətləndirildi. Dərs qarşılıqlı şagird-müəllim fəallığı şəraitində keçdi.

Məktəb-liseyin  təlim-tərbiyə işləri üzrə direktor müavini İ.Aşurovanın  sədrliyi altında açıq dərsin müzakirəsi keçirildi, dərsin quruluşu və təşkili bəyənildi, təlim-tərbiyə prossesinin keyfiyyətinin daha da yüksəldilməsi, səmərəliliyinin artırılması istiqamətində tövsiyə və təkliflər verildi.


Açar sözlər: