08.01.2018

 "Narkomaniyaya yox deyək ! "mövzusunda umumtəhsil məktəblərində tədbirlər davam edir.

 08 yanvar 2017-ci il tarixdə rayonun Dəymədərə kənd tam və Yemişənli kənd ümumi orta məktəblərində  Oğuz Rayon Ağsaqqallar   Şurasının  üzvləri ilə   sözü gedən məktəblərin pedaqoji və şagird kollektivləri ilə görüşlər keçirilmişdir. Görüş tədbirlərində   narkomaniya, narkotik vasitələrin, onların prekusorları daşınması, dövriyyəsi, insan alverinə  qarşı mübarizə tədbirlərinin təşkili məsələləri ətrafinda şöhbət getmişdir.  Ağsaqqallar Şurasının sədri C.Cumayev, üzvü O.İbrahimov, təhsil veteranı Ə.Məmmədov, müəllimlərdən R.Əyyubova, Dəymədərə kənd tam  orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Ə.Babayev və şagirdlər çıxışlarında əsrin bəlası olan “ağ ölüm”ə qarşı müarizə tədbirlərinin güclənditilməsi və onun profilaktikası məqsədilə müxtəlif qabaqlayıcı tədbirlərin həyata keçirilməsinin zəruriliyi ətrafında fikir və mülahizəərinini bildirdirmişlər. Görüş tədbirləri adları çəkilən məktəblərin direktorları E. Mütəllimov və M.Malıyev tərəfindən yekunlaşdırılmışdır.  Çıxış edənlər bir mənalı şəkildə bu kimi tədbirlərin şagirdlərin dünya görüşünün formalaşmasında və  onların  müasir həyata  hazılanmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

Tədbirlərdə çagirdləri maraqlandıran suallara cavab verilmişdir.


Açar sözlər: