28.12.2017

Təhsil Nazirliyi xətti ilə  müəllimlərin İKT üzrə ixtisasartırma təlimləri həyata  keçirilir.

Təhsil Nazirliyi təhsil sisteminin pedaqoji heyətinin İKT üzrə ixtisasartırma təlimləri həyata keçirir.

Bununla əlaqədar olaraq, Oğuz rayonunda da dekabr ayının 19-dan etibarən sözügedən təlimlər start götürüb.Təlimdən əvvəl İKT üzrə ilkin bilik və bacarıqlarının yoxlanılması üçün müəllimlərə suallar təqdim olunub.

“Fənn müəllimləri və ibtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə” təlimi bu sahədə təcrübəsi olan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən yüksək səviyyədə həyata keçirilir.Təlim proqramı kompüter və digər İKT avadanlıqları ilə ilkin tanışlıqdan tətbiqi proqramlarda sərbəst istifadə,elektron lövhələrdən,internetdən, təhsilyönümlü saytlardan, WEB 2.0 texnologiyalarından istifadə kimi geniş və əhatəlidir.Təlimləri aparan Təhsildə İnnovativ Texnologiyalar ƏTM-nin təlimçisi Cavid Məmmədli müəllimlərin bu layihəni böyük maraqla qarşıladıqlarını və İKT bacarıqlarını artırmaq üçün səylə çalışdıqlarını qeyd etdi. Təlimin gedişi ilə

 Oğuz Rayon Təhsil Şöbəsinin metodiki kabinetinin direktoru N.Zahidov, metodistlər E.Əzimli və Ş.Soltanov  təlimin gedişi məsələləri ilə tanış olmuşlar.

Təlimlər yanvar,fevral ayları ərzində də davam etdiriləcəkdir.


Açar sözlər: