28.12.2017

"Ana yurdum, Azərbaycan!" adlı uşaq və gənclərin I  Respublika dram müsabiqəsinin qaliblərini təbrik edirik!

    Cari ilin dekabr ayında "Azərbaycan  dramaturgiyası dünən və  bu  gün"  mövzusunda  İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və  Balakən rayonlarının  uşaqlarının da qatıldığı "Ana yurdum, Azərbaycan!" adlı uşaq və gənclərin I  Respublika dram müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycan   klassik  və  müasir dramaturgiyasının tarixinə  nəzər  salmaq,  aktyor  sənətində  xüsusi  istedadı  olan  uşaqları üzə çıxarmaq, dostluq, xeyirxahlıq, tolerantlıq, vətənpərvərlik duyğularının onlara aşılanması məqsədilə "Azərbaycan Dramaturgiyası dünən və bu gün" mövzusunda Uşaq  və  Gənclərin  I  respublika  dram  müsabiqəsi  keçirilmişdir.

    Müsabiqənin birinci mərhələsi 14-15 dekabr tarixlərində Oğuz şəhərində keçirilmişdir. Rayon müsabiqəsində qalib gələn Uşaq Yaradıcılıq Mərkəzinin dram dərnəyi 22-23 dekabr 2017-ci il tarixlərində Qəbələ şəhərində keçirilən yekun mərhələsində rayonumuzu  təmsil etmişdir.

    Müsabiqədə Oğuz Rayon Uşaq-Gənclər İnkişaf  Mərkəzinin  dram  və  bədii  qiraət dərnəyinin üzvləri iştirak etmiş, müsabiqədə bədii qiraət üzrə Anar  Əfəndiyev adına Kərimli kənd  tam  orta məktəbin  XI sinif  şagirdi  Nəsibli  Nicat  Nəsib oğlu I yerə  və Uşaq-Gənclər İnkişaf Mərkəzinin dram  dərnəyinin  üzvləri  II yerə  layiq  görülmüş

    27 dekabr 2017-ci il tarixdə A.Əfəndiyev adına Kərimli kənd tam orta məktəbində qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Tədbiri məktəbin direktoru biologiya elmləri üzrə fəlsəfə doktoru S.Camıyev açaraq məktəbin yetirmələrinin  adı çəkilən müsabiqəyə hazırlaşmalarından, əldə etdiyi uğurlardan danışdı. Oğuz Rayon Uşaq İnkişaf Mərkəzinin direktoru A.Osmanova çıxış edərək müsabiqənin məqsədlərindən, əhəmiyyətindən, uşaqların bu müsabiqəyə səylə hazırlaşmalarından, Qəbələ şəhərində keçirilən zona mərhələsində dram dərnəyinin üzvlərinin uğurlu çıxışından, dərnək üzvü Nicat Nəsiblinin respublika mərhələsinə vəsiqə qazanmasından danışaraq bu uğurun qazanılmasında  əməyi olan hər kəsə təşəkkür etdi.

    Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli kənd inzibati dairəsi üzrə nümayəndəsi F.Əlibabayev, Kərimli kənd tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini T.Abduləzizova, həmin məktəbin müəllimi A.Həbibullayeva tədbirdə çıxış edərək qalibləri  təbrik etdilər.

    Tədbir Oğuz RayonTəhsil Şöbəsi müdirinin müavini N. Adıyev tərəfindən yekunlaşdırılmışdır.