27.12.2017

“Narkomaniya-əsrin bəlasıdır” mövzusunda  rəsm müsabiqəsinə yekun vuruldu. 

           Oğuz Rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq   rayonun təhsil və tərbiyə müəssisələrində ”Narkotik vasitələrin, psixotrop maddələrin,onların prekusorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarızəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan, habelə  uşaqların huquqlarının, sağlamlığının  qorunması ilə bağlı digər direktiv və normativ-hüquqi sənədlərdən irəli gələn vəzifələrin izahı  ilə əlaqədar maarifləndirici, profilaktiki işlərin həyata keçirilməsi məqsədilə təhsil müəssisələrində  rayonun  aid təşkilat və müəssisələri ilə birgə elmi-nəzəri, elmi-praktik konfranslar, dəyirmi masalar, sual-cavab gecələri, debatlar, hüquq mühafizə orqanlarının nümayəndələri, rayonun ağsaqqallar şurasının üzvləri ilə görüşlər və digər tədbirlər keçirilmişdir.

27 dekabr 2017-ci il tarixdə Oğuz  şəhər 3 saylı məktəb-liseydə “Narkomaniya-əsrin bəlasıdır” mövzusunda  rəsm müsabiqəsinə yekun vurulmuşdur.   Müsabiqəyə  48 iş təqdim olunmuş onlardan ən yaxşı hesab edilən 20 işin məktəbin foyesində sərgisi keçirilmişdir. Sərgi ilə məktəbin müəllimləri və şagirdləri tanış olmuşlar. Müsabiqəyə  qatılan 6 iş  qalib hesab edilərək onların müəllifləri qiymətli hədiyyələrə layiq görülmüşdür. Oğuz Rayon Təhsil Şöbəsinin müdir müavini N.Adiyev  mükafatlandırma mərasimində çıxış etmiş və mükafatları  qaliblərə  təqdim etmişdir.

            Təhsil müəssisələrində “Dövlət Proqramı”ndan  irıəli gələn vəzifələrin yerinə yetirilməsi istiqaməıtində işlər davam edir.


Açar sözlər: